Ərdoğan Səudiyyə Ərəbistanında səfərdədir
    • 29-04-2022, 00:46
    • 366

Ərdoğan Səudiyyə Ərəbistanında səfərdədir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanına səfərə gəlib.

Ciddədəki Kral Əbdüləziz adına hava limanında Türkiyənin dövlət başçısını Məkkə əmiri şahzadə Xalid bin Feysal, Türkiyənin Ər-Riyaddakı səfiri Fatih Ulusoy, Türkiyənin İslam Əməkdaşlıq Təşkilatı (İƏT) yanında daimi nümayəndəsi Mehmet Metin Eker və digər rəsmi şəxslər qarşılayıblar.

Ciddədəki Əl-Salam sarayında Türkiyə dövlətinin başçısının Kral Salman bin Əbdüləziz Al Səud ilə rəsmi qəbul mərasimi keçirilib.

Türkiyə liderinin iki günlük səfəri Səudiyyə Ərəbistanı kralının dəvəti ilə təşkil olunub.

Səfər zamanı iki ölkə arasında əlaqələrin müxtəlif aspektləri, həmçinin ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi imkanlarının müzakirəsi nəzərdə tutulub. /Trend.az/