Oğurluq  etməkdə şübhəli bilinən şəxs saxlanıldı
    • 29-04-2022, 10:36
    • 176

Oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanıldı

Binəqədi RPİ 43-cü Polis Bölməsi əməliyyat keçirib.

News24.az xəbər verir ki,keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi qəsəbəsi ərazisində marşrut avtobusunda Bakı şəhər sakini S.Qasımovanın çantasından 100 manat pulunu, bir həyətyanı sahədən su nasosu, bir avtomobildən akkumulyator, digər avtomobildən isə mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Orxan Məmmədli müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.