Oğurluq edən şəxsdə narkotik maddə aşkarlandı
    • 29-04-2022, 10:54
    • 251

Oğurluq edən şəxsdə narkotik maddə aşkarlandı

Bakıda marketlərin birindən 490 manat dəyərində tütün məmulatı oğurlanıb.

News24.az xəbər verir ki, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Q.Qarayev prospektində yerləşən marketlərin birindən 490 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rasim Dadaşov müəyyən edilərək saxlanılmışdır.

Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülmüşdür.