1 ton ot bağlaması yanıb
    • 29-04-2022, 18:43
    • 230

1 ton ot bağlaması yanıb

Yanğın Füzuli rayonunda baş verib.

News24.az Fövqəladə Hallar Nazirliyinin saytında paylaşdığı məlumata əsasən xəbər verir ki, Füzuli rayonunun 1 №-li Qayıdış qəsəbəsində həyətyanı sahəyə yığılan 1 ton ot bağlaması yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.