Biləsuvarda yol qəzasında sürücü öldü
    • 30-04-2022, 21:23
    • 404

Biləsuvarda yol qəzasında sürücü öldü

Biləsuvar rayonunda baş verən yol qəzasında sürücü ölüb.

Rayonun Dərvişli kənd sakini, 1992-ci il təvəllüdlü Elçin Əliyevin idarə etdiyi “Hyundai" markalı minik avtomobili Biləsuvar şəhəri ərazisində traktorla toqquşub.

Nəticədə minik avtomobilinin sürücüsü ağır bədən xəsarətləri alıb. Həkimlərin səyinə baxmayaraq, Elçin Əliyev xəstəxanada keçinib.

Faktla bağlı araşdırma aparılır. /Apa.az/