Çətənə bitkisi yetişdirən şəxs saxlanıldı
    • 5-05-2022, 11:56
    • 293

Çətənə bitkisi yetişdirən şəxs saxlanıldı

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.
 
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Lənbəran kənd sakini Əlizamin Hüseynov saxlanılıb.

Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman istixanada aqrotexniki qaydada yetişdirdiyi 69 ədəd və əlavə olaraq qurutmaq üçün istifadə etdiyi, yaş  halda çəkisi 8 kiloqramdan artıq olan çətənə bitkisi aşkarlanaraq götürülüb. 
 
Faktla bağlı Bərdə RPŞ-də  araşdırmalar davam etdirilir.