BAKIDA ŞOK HADİSƏ: Dəfələrlə cinsi əlaqədə olduqları qadını göl kənarına atıb qaçdılar
    • 10-05-2022, 19:29
    • 444

BAKIDA ŞOK HADİSƏ: Dəfələrlə cinsi əlaqədə olduqları qadını göl kənarına atıb qaçdılar

Abşeron rayonunda fahişəliklə məşğul olan qadına qarşı cinayət törətmiş şəxslər məhkəmə qarşısına çıxarılıb.

News24.az-ın məlumatına görə, Sumqayt Ağır Cinayətlər Məhkəməsində Beyləqan rayon sakinləri 1990-cı il təvəllüdlü Samir Mehrəliyev və 1993-cü ildə anadan olmuş Ziyad Ziyadxanov barəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə açılmış işə baxılıb.

Məhkəmədə məlum olub ki, Səbinə Piriyeva (ad və soyadlar şərtidir) hadisədən bir neçə gün əvvəl tanış olduğu Samirlə Xırdalanda rastlaşıb və onlar 50 manat müqabilində cinsi əlaqədə olmağa razılaşıblar. 

07 sentyabr 2020-ci il tarixdə saat 20 radələrində Samir idarə etdiyi “Vaz 2109” markalı avtomobillə Xırdalan dairəsindən Səbinəni götürüb, bu zaman maşında Samirin dostu Ziyad da olub. Onlar Səbinəyə əvvəlcə otelə gedəcəklərini desələr də, sonradan pullarının az olduğunu bildirərək Novxanıdakı duz gölü istiqamətinə aparıblar. Burada Samir 3, Ziyad isə 2 dəfə Səbinə ilə cinsi əlaqədə olub. Daha sonra isə Samir Səbinənin çantasındakı 300 manat pulu, 120 manat dəyərində “Redmi” markalı, “V1804C3CG” modelli və 240 manat dəyərində Çin istehsalı olan 1 ədəd “Redmi” markalı, “M1908C3JG” modelli mobil telefonu zorla əlindən alaraq maşına minib uzaqlaşıb. Gecə saatlarında gölün kənarında pulsuz və telefonsuz qalan qadına 665 manat dəyərində ziyan dəyib.

S.Piriyeva məhkəmədə hadisə barədə bunları deyib: “2 sentyabr 2020-ci il tarixdə “Kristal-Abşeron” yaşayış kompleksinin yanından piyada evimə doğru gedərkən Samir Mehrəliyev mənə yaxınlaşdı və tanış olduq. Bir az söhbət etdikdən bir-birimizə mobil telefon nömrələrimizi verdik. 06 sentyabr 2020-ci il tarixdə Samir zəng vurub görüşmək istədiyini bildirdi. Razı olmasam da o, təkid etdiyi üçün 07 sentyabr 2020-ci il tarixdə görüşə biləcəyimi dedim. 07 sentyabr 2020-ci ildə saat təxminən 20 radələrində Samirlə görüşmək üçün Abşeron rayonunda yerləşən «Xırdalan dairəsi» deyilən yerə gəldim. Samirlə 100 manat müqabilində görüşməyə razılaşmışdım. Həmin yerdə Samirin idarə etdiyi avtomobilin arxa oturacağında əyləşdim. Avtomobildə Samirdən başqa Ziyad adlı şəxs də vardı. Ziyadı ilk dəfə həmin vaxt görmüşdüm. Samir birlikdə kafelərin birində yemək yedikdən sonra cinsi əlaqədə olmağı təklif etdi. Lakin onun təklifi ilə razılaşmayaraq evdə uşaqların tək olmasından narahat olduğumu bildirdim və məni evə aparmalarını xahiş etdim. Sonradan Samirin təkidi ilə onlarla kafelərin birində çay içməyə razılıq verdim. Lakin Samir avtomobili Novxanı kəndi istiqamətinə sürdüyündən avtomobilin içərisində qışqırmağa başladım. Bu zaman Samir avtomobili saxladı və məni avtomobildən düşürərək, saçımdan tutub hədələdi və sakit olmağımı tələb etdi. Samirdən məni evə aparmasını xahiş etdikdə məni evə aparacağı ilə razı salıb avtomobilə əyləşdirdi. Lakin avtomobili Novxanı kəndi yaxınlığında “Duz gölünün kənarına sürdü. Məni həmin yerdə maşından düşürərək kolluq bir əraziyə apardı. Həmin vaxt Ziyad maşının yanında sakit dayanaraq heç nəyə qarışmırdı. Samirlə piyada hərəkət edərək maşından xeyli uzaqlaşdıqdan sonra Samir telefonlarımı və əlimdə olan çantamı alaraq soyunmağımı tələb etdi. Sonra Samirlə 3 dəfə, Ziyadla isə 2 dəfə təbii yolla cinsi əlaqədə oldum. Ziyad cinsi əlaqədə olmaq istəmirdi, lakin Samirin təkidindən sonra oldu. Cinsi əlaqədə olduqdan sonra Samirdən məni evə aparmasını xahiş etdikdə Ziyad halıma acıyaraq Samirdən məni aparmasını xahiş etdikdə Samir Ziyada gedib maşını idarə edərək yolun kənarına gətirməsini tapşırdı. Ziyad uzaqlaşdıqda Samir mənə məxsus çantanın içərisində olan 5 ədəd 50-lik, 2 ədəd 20-lik və 1 ədəd 10-luq əsginaslardan ibarət ümumilikdə 300 manat pulu götürüb cibinə qoydu. Samirdən əl çəkməyərək pullarımı və telefonlarımı geri qaytarmasını, əks təqdirdə onun barəsində polisə şikayət edəcəyimi bildirdikdə o, saçımdan tutub polis olduğunu bildirdi və səssiz olmayacağım təqdirdə məni öldürəcəyi ilə hədələdi. Onlar çıxıb getdikdən sonra qaranlıqda yol kənarına çıxmağa çalışdım, bu zaman getdiyi yolu görmədiyim üçün kollara ilişdim və qollarım sıyrıldı. Yola yaxınlaşdıqda yolun kənarında olan beton hasara ilişərək yıxıldım və ayağımdan xəsarət aldım”.

Sumqayıt şəhər Məhkəməsi baş vermiş hadisənin quldurluq yox soyğunçulqu əməli olmasına qərar verib və hadisəni törədən Samir Mehrəliyev Cinayət Məcəlləsinin 180.1-ci (soyğunçuluq) maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun həbsdə saxlanıldığ müddət nəzərə alınaraq məhkəmə zalından azadlığa buraxılıb.

Hadisədə iştirakçı olmuş Ziyad Ziyadxanova isə qeyd edilən maddələr üzrə bəraət verilməsinə hökm edilib. Belə ki, məhkəmə Ziyadın əməllərində hər hansı cinayət tərkibinin olmamasına qərar verib.