Sabah bu rayonlarda qaz olmayacaq
    • 11-05-2022, 17:41
    • 320

Sabah bu rayonlarda qaz olmayacaq

“Qaz İxrac” İdarəsinə məxsus diametri 720 mm-lik “Hövsan-Digah-Qaradağ” yüksək təzyiqli magistral qaz kəmərinin 5-ci km-dən ayrılan “Novxanı qolu” yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması məqsədilə, 12.05.2022-ci il tarixdə saat 09:00-dan işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.

Bu barədə News24.az-a  “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Təmir aparılan müddətdə Abşeron rayonu üzrə Novxanı kəndinin, Binəqədi rayonu üzrə Binəqədi kəndinin, Gülüstan yaşayış massivinin və Mədən ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Təmir işlərinin günün 1-ci yarısında yekunlaşdırılaraq qaz təchizatının bərpası planlaşdırılır.