Bakıda  azyaşlının başı  dəmir barmaqlıqlar arasında qalıb
    • 16-05-2022, 11:52
    • 323

Bakıda azyaşlının başı dəmir barmaqlıqlar arasında qalıb

Bakı şəhərində azyaşlı eyvanda dəmir barmaqlıqlar arasında qalıb.

 News24.az-ın məlumatına görə, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində azyaşlı uşağın başı mənzilin eyvanındakı dəmir barmaqlıqların arasında qalıb. 

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri onu xilas edib./Oxu.az/