Masallıda istirahət mərkəzində yanğın, XƏSARƏT ALANLAR VAR
    • 17-05-2022, 14:38
    • 245

Masallıda istirahət mərkəzində yanğın, XƏSARƏT ALANLAR VAR

Masallı rayonunun Şıxlar kəndində istirahət mərkəzində yanğın olub.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, mərkəzin ərazisində ümumi sahəsi 35 m² olan taxta konstruksiyalardan ibarət kotec və yaxınlıqda 2 ədəd ağac yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Ərazidəki digər tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülb.