İtə ağlasığmaz işgəncə: ZORLA SPİRTLİ İÇKİ İÇİRTDİLƏR - VİDEO
    • 19-05-2022, 17:16
    • 333

İtə ağlasığmaz işgəncə: ZORLA SPİRTLİ İÇKİ İÇİRTDİLƏR - VİDEO

Türkiyənin Bursa şəhərində evlərinin həyətində əylənən üç dost itə zorla spirtli içki içirtməyə çalışıblar.

News24.az "CNN Türk"ə istinadla xəbər verir ki, dostlar əvvəlcə itin ağzını zorla açıb, sonra spirtli içkini onun ağzına töküblər. 

Onlar işgəncə anlarını telefonla lentə alıblar.

Daha sonra həmin şəxslərin kimliyi bəlli olub.

Dostlar ifadələrində "Bunu əylənmək üçün edirdik. Bizim işgəncə vermək niyyətimiz yox idi. Şəkli paylaşdıqdan sonra dərhal sildik. Çox peşmanıq", - deyə bildiriblər. /BAKU.WS/