Azərbaycanda kişi həyat yoldaşını tanınmaz hala saldı, qolunu sındırdı - TƏFƏRRÜAT
    • 20-05-2022, 10:23
    • 437

Azərbaycanda kişi həyat yoldaşını tanınmaz hala saldı, qolunu sındırdı - TƏFƏRRÜAT

Zaqatala rayonunda həyat yoldaşını vəhşicəsinə döyərək ona xəsarətlər yetirən şəxsin məhkəməsi başa çatıb.

News24.az-ın məlumatına görə, Zaqatala rayon Məhkəməsində hakim Tural Həsənovun sədrliyi ilə keçirilən prosesdə 1987-ci il təvəllüdlü Mehman Mehdiyev törətiyi əməli etiraf edib. O, həyat yoldaşı Ülkəri (şərti adlı) bibisinin yanında onunla kobud və yüksək səslə danışdığ üçün qisas məqsədilə döydüyünü bildirib. 

Belə ki, təqsirləndirilən şəxs 13 iyun 2021-ci il tarixdə, saat 13 radələrində yaşadığı Zaqatala şəhəri, Faiq Əmirov küçəsində yerləşən evin ikinci mərtəbəsində yerləşən otaqda rəsmi nigahda olan arvadı ilə aralarında ailədaxili münasibətlər zəminində yaranmış mübahisə zamanı qisas almaq niyyəti ilə çoxsaylı yumruq zərbələri ilə sonuncunu qəsdən vuraraq sağlamlığın uzun müddətə pozulmasına səbəb olub sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarətlər yetirib. Nəticdə Ülkər hər iki göz ətrafında qançırlar, sağ gözün ağlı qişasına qansızma, sol gözün görmə itiliyinin 0,1 əmsala qədər azalması ilə müşayiət olunan sol gözün ağlı qişasında və göz dibində qansızma, alt çənədə, sağ saidində, sol bazusunda, sağ sağrısında və sağ baldırında qançırlar, baş beyin silkələnməsi, sağ dirsək sümüyünün sümüküstlüyünün sınığı xəsarətləri alıb.

Mehmana törətdiyi əmələ görə 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə iş açılıb.

Zərərçəkən qadın məhkəmədə bildirib ki, ərindən şikayətçidir və onun cəzalandırılmasını tələb edir. O, əlavə edib ki, hadisə vaxtı əri onu ikinci mərtəbədəki otaqda vəhşicəsinə döyərkən qayınanası 1-ci mərtəbədə olub və nə qədər çığırsa da, qadın ona kömək etməyib.

Hadisə nəticəsində huşunu itirən Ülkər ayılanda dəhşətli ağrılarnın olduğunu, gözlərinin görmədiyini hiss edib. Həmçinin o güclə danışrmış. Bundan sonra Mehmangil Ülkərin bacısını evə çağırıblar və oraya glən Mehmanın baldızı bacısını görərək şoka düşüb və dərhal təcili tibbi yardım maşını çağıraraq Ülkəri xəstəxanaya aparıblar.

Zaqatala rayon Məhkəməsi arvadını vəhşicəsinə döyən şəxsə 1 il 6 ay müddətinə azadlığn məhdudlaşdırılması cəzası verib. Lakin bu cəza 8 Noyabr – Zəfər günü ilə bağlı imzalanmış amnistiya aktı şamil edilməklə Mehmanın üzərindən götürülüb.