Ötən iki gün ərzində törədilmiş 93 cinayətin üstü açılıb
    • 23-05-2022, 10:07
    • 181

Ötən iki gün ərzində törədilmiş 93 cinayətin üstü açılıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində törədilmiş 93 cinayətin üstü “isti izlər”lə açılıb.
   

Bu barədə  DİN-in Mətbuat Xidmətindən News24.az-a məlumat verilib.      

Əvvəlki dövrlərdən bağlı qalmış 16 cinayətin açılması təmin olunub.
  
Axtarışda olduğuna görə ümumilikdə 60 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 45 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 2 nəfər isə xəsarət alıb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 45, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 88 nəfər saxlanılıb.