Xızıda yük maşını aşdı
    • 23-05-2022, 20:15
    • 288

Xızıda yük maşını aşdı

Xızıda yük maşını aşıb.

News24.az -a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Sitalçay kəndində “Shacman” markalı yük avtomobilinin yol kənarına aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.