-
- 25-05-2022, 19:14
- 476
Sahibə Qafarova Kanada Parlamentinin üzvləri ilə görüşdü
Mayın 25-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Kanada Parlamenti İcmalar Palatasının Azərbaycanla dostluq qrupunun rəhbəri Filip Lourensin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən News24.az -a verilən xəbərə görə, spiker Sahibə Qafarova Kanada parlamentində Azərbaycanla dostluq qrupunun fəaliyyətini müsbət qiymətləndirib, eyni zamanda dostluq qrupunun Kanadadakı Azərbaycan diasporu ilə əməkdaşlığını təqdirəlayiq hesab etdiyini deyib.
Diqqətə çatdırıb ki, bu səfər Kanada-Azərbaycan parlamentlərarası münasibətlərini inkişaf etdirmək səylərinin bariz nümunəsidir.
Milli Məclisin sədri parlamentlərarası dostluq qruplarının mühüm rolundan danışaraq qeyd edib ki, parlamentlərarası münasibətlər ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlərin ən mühüm tərkib hissələrindən biridir.
Milli Məclisin sədri bir neçə aydan sonra iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyinin qeyd olunacağını bildirərək, ölkələr arasında müxtəlif sahələrdə ikitərəfli münasibətlərin daha da gücləndirilməsi üçün geniş potensialın olduğunu qeyd edib.
Spiker Sahibə Qafarova qonaqlara Azərbaycanın 44 günlük Vətən müharibəsində öz ərazilərini Ermənistanın işğalından azad etməsi barədə də məlumat verib.
Milli Məclisin sədri 30 illik işğal dövründə Ermənistanın törətdiyi dağıntılar haqqında danışıb və qonaqların Ağdama səfər zamanı bunun canlı şahidi olduqlarını qeyd edib. Diqqətə çatdırıb ki, artıq münaqişə tarixə qovuşub. Biz sülh və sabitlik haqqında danışmaq istəyirik.
Spiker Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşlər haqqında məlumat verərək tezliklə iki ölkə arasındakı danışıqların sülh müqaviləsinin imzalanması ilə nəticələnəcəyinə inamını ifadə edib.