Qonşusunun həyətində narkotik tərkibli bitkilər yetişdirdi - FOTO
    • 26-05-2022, 09:54
    • 187

Qonşusunun həyətində narkotik tərkibli bitkilər yetişdirdi - FOTO

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir. 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan News24.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən rayonun Mamusta kənd sakini, əvvəllər məhkum olunmuş Emil Hacıyev saxlanılıb.

Onun qonşusuna məxsus, hazırda yaşayış olmayan torpaq sahəsində əkərək kultivasiya yolu ilə yetişdirdiyi 37 ədəd narkotik xassəli çətənə bitkiləri aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.