-
- 14-12-2018, 14:37
- 1 152
Ramil Usubov işdən çıxardığı rəisə vəzifə verdi
Daxili İşlər naziri Ramil Usubov işdən çıxardığı polis mayoruna yeni vəzifə verib.
Ramil Usubovun müvafiq əmri ilə, Salyan Rayon Polis Şöbəsinin (RPŞ) İctimai Təhlükəsizlik bölməsinin rəisi vəzifəsinə polis mayoru Anar Hüseynovu təyin edib.
Qeyd edək ki, Anar Hüseynov bundan əvvəl Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) cinayət axtarış bölməsinin rəisi olub. Bir müddət öncə o, sözügedən vəzifəsindən azad edilərək sərəncama götürülmüşdü.
//Unikal