İki gün ərzində törədilən 99 cinayətin üstü açılıb
    • 30-05-2022, 10:23
    • 200

İki gün ərzində törədilən 99 cinayətin üstü açılıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində törədilmiş 99 cinayətin üstü “isti izlər”lə açılıb.
   

Bu barədə News24.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.     

Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 72 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 48 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 51, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb.