-
- 30-05-2022, 11:07
- 269
Hondurasda jurnalist naməlum şəxslər tərəfindən güllələnib
Mərkəzi Amerika ölkəsi Hondurasda silahlı hücum nəticəsində ağır yaralanan jurnalist xəstəxanada dünyasını dəyişib.
News24.az xəbər verir ki, jurnalistin evdən işə gedərkən naməlum şəxslər tərəfindən başından güllələndiyi bildirilib.
İfadə Azadlığı Komitəsindən verilən açıqlamada jurnalistə edilən hücum pislənilib və bunun ilin əvvəlindən bu yana öldürülən 4-cü jurnalist olduğu qeyd edilib.
Səlahiyyətlilər qətlin cinayətkar dəstə tərəfindən törədildiyini güman edir.
Honduras beynəlxalq insan haqları təşkilatları tərəfindən jurnalistika baxımından dünyanın ən təhlükəli ölkələrindən biri kimi göstərilir.
2001-ci ildən bəri ölkədə 97 jurnalist öldürülüb.