Muxtar Babayev Matsey Çura ilə görüşdü
    • 1-06-2022, 19:16
    • 308

Muxtar Babayev Matsey Çura ilə görüşdü

Avropa İnvestisiya Bankının Cənubi Qafqaz üzrə Regional Nümayəndəliyinin rəhbəri ilə görüş keçirilib

News24.az xəbər verir ki, Azərbaycanda işgüzar səfərdə olan Avropa İnvestisiya Bankının Cənubi Qafqaz üzrə Regional Nümayəndəliyinin rəhbəri Matsey Çura ilə ekologiya və təbii sərvətlər Naziri Muxtar Babayev arasında görüş olub.

Görüşdə Azərbaycanın ətraf mühit sahəsi üçün potensial investisiya imkanları, su resurslarının səmərəli idarə olunması ilə bağlı layihələr, gələcək əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.