Siyəzəndə ev yanıb, xəsarət alan var
    • 5-06-2022, 13:03
    • 339

Siyəzəndə ev yanıb, xəsarət alan var

Siyəzən rayonunun Ərziküş kəndində ümumi sahəsi 108 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.

News24.az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Bitişik talvar və yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.