Bakıda satıcısız yumurta satışı xidməti cərimələndi
    • 9-06-2022, 13:10
    • 271

Bakıda satıcısız yumurta satışı xidməti cərimələndi

Bir neçə ay bundan əvvəl Bakıda satıcısız yumurta satışı xidməti bu gündən etibarən fəaliyyətini dayandırıb.

News24.az
xəbər verir ki, bu barədə özünü xidmətin sahibi kimi təqdim edən şəxs sosial şəbəkələrdə paylaşım edib.

O bildirib ki, fəaliyyətin dayandırılmasına səbəb cərimələnmə olub:

“Bu işə başlayanda belə halların olacağını güman edirdik və öz tədbirlərimizi də görürdük. Ətrafın təmizlənməsi, dizenfeksiya məsələsi və s. Ancaq buna baxmayaraq bir nəfər qonşu Ekologiya İdarəsinə şikayət etdi.

Onlar da gəldi, müəyyən ölçülər götürdülər və ərazinin norma daxilində olduğu haqqında protokol tərtib etdilər. Yəqin, gələn üç nəfər məmurun içərisində nisbətən cavan olanın qəlbində nə isə umacağı olub. Hər şeydən əli üzüləndən sonra, guya içərisində zibil yandırdığımız boçkaya ilişdi. Gedəndən sonra bir tərəfli qaydada inzibati tənbeh vermə haqqında məhkəməyə müraciyət edir və məni 300 manat cərimə etdirir. Bu necə olur başa düşmək çətindir. Sənin xəbərin olmadan səni cərimələyirlər və məhkəmə sənə heç bildiriş də göndərmir. Görünür, bizim ölkədə dürüst işləməyin də bizim başa düşmədiyimiz nəsnələri var”.