Adnan Oktar həbs edildi
    • 19-07-2018, 10:00
    • 966

Adnan Oktar həbs edildi

İstanbul Respublika Prokurorluğu Adnan Oktar və qrupu ilə bağlı aparılan araşdırmalardan sonra 187 şübhəlidən 182-nin hakim qarşısına çıxarılması, beşinin isə bəraət alması barədə qərar qəbul edib. 

News.az "Anadolu” agentliyinə istinadla xəbər verir ki, Sülh Cəza Hakimliyinə aparılan 116 şübhəli “cinayət törətmək məqsədilə təşkilat qurma”, “azyaşlıya cinsi təcavüz”, “şantaj”, “var-dövlətini ölkə sərhədlərindən xaricə çıxarma”, “zorakılıq və təhdid” maddələri ilə həbs edilib.


Onlar arasında Adnan Oktar da var. Bundan başqa, şübhəlilərdən 12-si barəsində bəraət qərarı verilib. 54 şübhəlinin isə dindirilməsi davam etdirilir. 

//Oxu.az