-
- 21-06-2022, 16:21
- 448
Lerikdə 4 tondan artıq narkotik tərkibli bitki məhv edildi -FOTO
Lerik Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının birgə keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Orand kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan News24.az-a verilən məlumata görə, ümumi çəkisi 4 ton 712 kiloqram olan 18851 ədəd xaş-xaş bitkisi kökündən çıxarılıb və yandırılaraq məhv edilib.