-
- 24-06-2022, 17:25
- 323
“Xalqımızı qalibiyyətə aparan Ordu” adlı tədbir keçirildi - FOTO
Müdafiə Nazirliyinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində Azərbaycan Hərb Tarixi Muzeyinin təşkilatçılığı ilə Azərbaycan ordusunun yaradılmasının 104 illik yubileyinə həsr olunmuş “Xalqımızı qalibiyyətə aparan Ordu” adlı tədbir keçirilib.
News24.az xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyinin idarə və müəssisələrinin, Fövqəladə Hallar Nazirliyinin, veteran şuralarının, Qeyri-hökumət təşkilatlarının, Qarabağ müharibəsi veteranlarının, hərbi hissələrin, şəhid ailələrinin (şəhid İsmayılov Elçinin anası Balaxanım Qulaməliyeva, şəhid Novruzov Şəhminin anası İlahə Novruzova, şəhid Qurbanov İmranın anası Sədaqət Qurbanova, Şəhid kapitan Vüsal Quliyevin yoldaşı Fərqanə Quliyeva, şəhid Taleh İsmayılovun xanımı Gülay İsmayılova, şəhid kapitan Ceyhun Həsənovun anası Səmayə Həsənova, şəhid Kırklarov Nazimin anası Sultanxanım və atası Nadir Kirklarov) və digər müəssisələrin nümayəndələri (ümumilikdə 170 nəfər şəxsi heyət) iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmış, Azərbaycan ordusunun yaradıcısı və memarı ulu öndər Heydər Əliyevin, ərazi bütövlüyümüz, müstəqilliyimiz və suverenliyimiz uğrunda fədakarlıq göstərərək şəhidlik zirvəsinə ucalmış əsgər və zabitlərimizin ruhuna bir dəqiqəlik sayqı duruşu ilə davam edib.
Tədbirdə bir əsrlik tarixə malik Azərbaycan ordusunun yaradılması və inkişafına həsr edilmiş muzey rəisi e.o. polkovnik Əzizağa Qəni-zadənin məruzəsi dinlənilmiş, mövzu ətrafında müzakirələr aparılmış, Azərbaycan ordusunun 44 günlük vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara həsr olunmuş “44 gün 44 an” adlı sənədli film nümayiş olunub.
Tədbirdə Abşeron rayonu Veteranlar Cəmiyyətinin sədr müavini e.o.mayor Sahib Əsgərov təşkilat adından çıxış edərək I Vətən müharibəsində əsgər və zabitlərimizin göstərdiyi qəhrəmanlıqlardan danışıb.
Tədbirin bədii hissəsində Həzi Aslanov adına İdeoloji iş və Mədəniyyət Mərkəzinin və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Abbas Mirzə Şərifzadə adına Mədəniyyət Mərkəzinin solistlərinin ifasında hərbi-vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib.
Tədbir xatirə şəklinin çəkdirilməsi, muzeyi ziyarət və çay süfrəsi ilə tamamlanıb.