Bakı sakini yolu keçən piyadanı vurdu
    • 27-06-2022, 11:24
    • 234

Bakı sakini yolu keçən piyadanı vurdu

İyunun 26-da saat 22 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini V.Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Xaçmaz rayon sakini Rəşad Zəkiyevi vurub.

Nəticədə xəstəxanaya yerləşdirilən piyada ölüb. 

Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.