70 yaşlı bacısını boğaraq öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi
    • 28-06-2022, 10:51
    • 408

70 yaşlı bacısını boğaraq öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi

14 mart 2021-ci il tarixdə Şirvan şəhər sakini, 1952-ci il təvəllüdlü  Bəhruzə Rəsulovanın qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Şirvan şəhər prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

News24.az-a Şirvan şəhər prokurorluğundan verilən məlumata görə, zərərçəkmişin qardaşı 1968-ci il təvəllüdlü Alim Rəsulovun yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Bəhruzə Rəsulovanı əlləri ilə boğaraq  qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Alim Rəsulov Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddələsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.