Misirdə akula turist qadını parçaladı - VİDEO
    • 2-07-2022, 11:01
    • 585

Misirdə akula turist qadını parçaladı - VİDEO

Misirdə qadına akula hücum edib.

News24.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, insident Hurqada şəhərində baş verib.

Akulanın hücumu nəticəsində Avstriya vətəndaşı olan qadın əl və ayaqlarından məhrum olub. O, xəstəxanaya çatdırılarkən həyatını itirib.

Qeyd edək ki, Misirdə sonuncu dəfə analoji hadisə 2010-cu ildə baş vermişdi. O zaman Almaniya vətəndaşı həlak olmuş, üç rusiyalı və bir ukraynalı isə xəsarət almışdı.