Pakistan Hindistana nota verdi
    • 2-07-2022, 13:55
    • 347

Pakistan Hindistana nota verdi

Pakistan Hindistana etiraz notası göndərib.

News24.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Xatırladaq ki, Yeni Dehli rəhbərliyi Pakistanın İran, Türkiyə, Misir, BMT-dəki daimi nümayəndəliyi və “Radio Pakistan” milli yayımı da daxil olmaqla 80 rəsmi Tvitter hesabına girişi bloklayıb. Bu səbəbdən Xarici İşlər Nazirliyinə çağırılan yüksək səviyyəli Hindistan diplomatına etiraz notası verilib. Hindistanın bu addımı beynəlxalq normalara və öhdəliklərə ziddir”, - məlumatda bildirilib.