İranın keçmiş Prezidentinin qızı qadınları itaətsizliyə çağırdı
    • 4-07-2022, 11:17
    • 671

İranın keçmiş Prezidentinin qızı qadınları itaətsizliyə çağırdı

İranın keçmiş Prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin qızı Faizə Haşimi ölkəsində hicab geyinməyən qadınlara dəstək verib.

News24.az  “Fars” agentliyinə istinadən bildirir ki, o, qadınları çadradan imtinaya və itaətsizliyə çağırıb.

F.Haşimi insanları İran hökumətinə etirazlarını bildirməyə çağıraraq, hicab taxmayan qadınları “aslan qadınlar” adlandırıb.

Bildirilib ki, bir müddət əvvəl o, İslam peyğəmbərinin idarəetməni, iqtisadi işləri bilmədiyini iddia edib və bu səbəbdən həyat yoldaşı Xədicə xanımın sərvətinə qadağa qoyduğunu söyləyib.

Məhəmməd Peyğəmbərə həqarətə görə F.Haşimiyə cinayət işi açılıb.

O, əvvəllər də İrandakı məsələlərlə bağlı tənqidi mövqedən çıxış edib.

Agentlik qeyd edib ki, sabiq Prezidentin qızı İran İslam İnqilabı Keşikçiləri qvardiyasının ABŞ-ın “terrorçular siyahısında” qalmasını müdafiə edib: "Qvardiyanın fəaliyyəti ölkəyə ziyan vurur".

Faizə Haşimi İranda hakimiyyət tərəfindən qadağan edilmiş bəhailərin mühakimə edilmiş lideri Zalehi həbsxanadan çıxandan sonra ziyarət edib. O, bu addımı atası Əli Əkbər Haşimi Rəfsəncani sağ olanda atıb. Onda ziyarəti etiraza səbəb olmuşdu: “Faizə çox ciddi səhv edib və bunu kompensasiya etməlidir”.

Ancaq o, “Euro News”a müsahibəsində bildirmişdi ki, onun addımı qanunsuz deyil: “Əksinə indiki sistemin bəhailərə zülm etməsinə təəssüflənir”.

Qeyd edək ki, Faizə Haşimi - Bəhramani 1963-cü il yanvarın 7-də anadan olub. 1996-2000-ci illərdə parlamentin deputatı, “Zən” jurnalının təsisçisi və baş redaktoru olub. Bu dərginin üz qabığında İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin həyat yoldaşı Fərəh Dibanın fotosu dərc edildiyi üçün jurnal bağlanıb. O, bir neçə dəfə qısamüddətə həbs olunub. Mühafizəkar və ya radikal xətt tərəfdarları onu sosial şəbəkələrdə daim təhqir edirlər. Faizə qadınlara qarşı hicab qaydalarının mülayimləşdirilməsinin tələb edir.

Sonuncu dəfə 2017-ci il martın 17-də hakimiyyət qarşı təbliğata görə 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Əli Əkbər Haşimi Rəfsəncani 1934-cü ildə İranın Kerman əyalətində anadan olub, 2017-ci ilin yanvarında ölüb. O, 1980-1989-cu illərdə İran Məsləhət Şurasının sədri, 1989- 1997-ci illərdə prezident olub.