Ağdam Sənaye Parkında tikinti işlərinə gələn ay başlanılacaq - Nazir AÇIQLADI
    • 5-07-2022, 10:46
    • 329

Ağdam Sənaye Parkında tikinti işlərinə gələn ay başlanılacaq - Nazir AÇIQLADI

“İqtisadiyyat Nazirliyinin 190 hektar ərazisi olan Ağdam Sənaye Parkının hazırda 9 rezidenti var və onların 50 milyon manatdan çox investisiya yatırması nəzərdə tutulur”.

News24.az xəbər verir ki, bununla bağlı İqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında paylaşım edib.

“Bu, 1 000-dən çox daimi iş yerinin yaradılmasına imkan verəcək. Artıq rezidentlər üçün ayrılmış ərazilərdə layihələrin həyata keçirilməsinə hazırlıq işləri gedir və avqust ayından tikintiyə başlanılması planlaşdırılır”, - deyə o, qeyd edib.