Bakıda dəniz sahilində üzən istiqamətverici nişan tapılıb
    • 20-12-2018, 18:50
    • 994

Bakıda dəniz sahilində üzən istiqamətverici nişan tapılıb

Bakıda dəniz sahilində üzən istiqamətverici nişan tapılıb.

Bu barədə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.
Dekabrın 20-i saat 13:22-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən, saat 13:48-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 14:10-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsindən Agentliyə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində mərminin tapılması barədə məlumatlar daxil olub.
Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Qaradağ rayon Polis idarəsinin, Sahil Mühafizəsinin və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri, Daxili İşlər Nazirliyinin Qaradağ rayon Polis idarəsinin, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd üzən istiqamətverici nişan (buoy) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
İstiqamətverici nişanın ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.