Təhsil Nazirliyi: "MİQ imtahanında səhvlər düz cavablara da təsir edəcək"
    • 7-07-2022, 11:48
    • 235

Təhsil Nazirliyi: "MİQ imtahanında səhvlər düz cavablara da təsir edəcək"

"Müəllimlərin işə qəbulu üzrə test imtahanında səhv cavablandırılmış suallar düz sualların dörddə birinə təsir edəcək".

News24.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

"İmtahanlar bir neçə şəhər və rayonda həyata keçiriləcək. Bu, namizədlərin də imtahanların keçirildiyi mərkəzlərə rahat gəlməsi üçün əlverişlidir. İmtahanlar 15 mərkəzdə keçiriləcək. Mərkəzlər kondisionerlərlə də təmin olunacaq", - bildirib.