Dünyada koronavirusa yoluxanların sayı 555 milyonu ötdü
    • 10-07-2022, 12:27
    • 321

Dünyada koronavirusa yoluxanların sayı 555 milyonu ötdü

Dünyada koronavirusa yoluxanların sayı 555 milyon nəfəri keçib.

News24.az xəbər verir ki, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Bildirilir ki, dünyada koronavirusa yoluxanların sayı 555 027 172 nəfərə, koronavirusdan ölənlərin sayı isə 6 350 600 nəfərə çatıb. /Trend/