Cəsədlərin dərisindəki tatuları kəsib yaxınlarına hədiyyə edirlər
    • 13-07-2022, 15:57
    • 374

Cəsədlərin dərisindəki tatuları kəsib yaxınlarına hədiyyə edirlər

ABŞ-nin Ohayo ştatında “Save My Ink Forever” (Mənim mürəkkəbimi əbədi saxla) adlı şirkət cəsədlərin bədənindəki tatulu dərini çıxararaq çərçivədə həmin şəxsin ailəsinə xatirə olaraq təqdim edirlər.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, mərhumların yaxınları bu xatirələrlə təskinlik tapırlar. Şirkətin rəhbəri onların xüsusi standartları olduğunu, hər tatunu qəbul etmədiklərini bildirib.

Eyni zamanda əgər ailənin bir üzvi mərhumun tatusunun çıxarılmasına razı deyilsə, bu prosesin baş vermədiyini də vurğulayıb. 

Vüsalə Babaşova