Mariupolda binanın zirzəmisində 200 cəsəd tapılıb
    • 25-05-2022, 11:23
    • 214

Mariupolda binanın zirzəmisində 200 cəsəd tapılıb

Ukrayna hakimiyyəti Mariupol şəhərində binanın dağıntıları üzərində işləyən fəhlələrin zirzəmidə 200 nəfərin cəsədini tapdığını açıqlayıb.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, Mariupol merinin müşaviri Petro Andryuşenko mövzu ilə bağlı açıqlamasında cəsədlərin çürüdüyünü və məhəlləyə pis qoxunun yayıldığını bildirib.

Cəsədlərin nə vaxt tapıldığı açıqlanmasa da, hadisə qurbanların sayına görə "ən ölümcül" hücumlardan biri kimi qeydə alınıb.