67 yaşlı qadını xəstəxanaya aparmaq üçün xilasedicilər cəlb olundu
    • 24-07-2022, 18:36
    • 389

67 yaşlı qadını xəstəxanaya aparmaq üçün xilasedicilər cəlb olundu

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1955-ci il təvəllüdlü qadının xəstəxanaya aparılması zərurətinin yaranması, bununla əlaqədar həkim briqadasına müvafiq köməkliyin göstərilməsi üçün müraciət daxil olub.


 News24.az FHN-nin saytına istinadən xəbər verir ki, müraciətlə əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.
Xilasedicilərin köməkliyi ilə vətəndaş 9-cu mərtəbədəki mənzildən aşağı düşürülüb, təcili və təxirəsalınmaz tibbi yardım avtomobilinə mindirilərək həkim briqadasına təhvil verilib.