“Türkiyə saxta erməni soyqırımı iddialarından bezib” - Ərdoğan - VİDEO
    • 2-06-2021, 13:51
    • 399

“Türkiyə saxta erməni soyqırımı iddialarından bezib” - Ərdoğan - VİDEO

“Gərginliyin səbəbi nədir? Bu qondarma erməni soyqırımıdır. Artıq bezdik. Hər il aprelin 24-ü gözləyirik ki, Amerika ermənilər haqqında nə deyəcək? Bütün işlərin bitib və ermənilərin vəkilliyini edirsən? Qoy, tarixçilər bu işi görsünlər, tarixçilər çalışsın. Bütün bu araşdırmalardan sonra qarşımıza çıxan vəziyyətlə bağlı lazımi addımları ataq”.

News24.az
xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan TRT-yə verdiyi müsahibəsində deyib. 

Türkiyə lideri müsahibəsində Minsk üçlüsü olan dövlətləri də tənqid edib: "İllər keçdi Minsk üçlüsü olaraq Amerika, Rusiya və Fransa Azərbaycan-Ermənistan məsələsini həll edə bilmədilər".