Ramil Nabranın Sərxanı sevməyənlərin "qəhrəmanı" olması cəhdi boşa çıxdı - VİDEO
    • 26-12-2018, 11:18
    • 3 417

Ramil Nabranın Sərxanı sevməyənlərin "qəhrəmanı" olması cəhdi boşa çıxdı - VİDEO

Maraqla izlənilən "Maşın Şou"nun "Hind kinosu" bölümünün daha bir seriyası ötən gün sona çatdı. 

Səs toplamaq üçün tribunaya çıxan reper Ramil Nabran özünə və pərəstiş edənlərinə arxalanıb, səs istədi. Amma Ramil şouda qalmaq üçün yalnış taktikaya əl atdı. O, Sərxan Kərəmoğlunun üzərindən onu sosial şəbəkələrdə tənqid-təhqir edənlərin simpatiyasını toplamaq üçün aktyoru çıxaracağını bəyan etdi. Bununla Ramil Sərxanı sevməyənlərdən ona qalması üçün səslər gələcəyinə ümid etmişdi. Beləcə, Ramil Sərxanı çıxardaraq, sərxansevməyənlərin "qəhrəmanı" olmaq istədi. Ancaq bu istəyi reallaşmadı. Şou boyunca Sərxanla mübahisə edən, onu yersiz ittihamlarla gözdən salmağa çalışan, hətta arada TV senzurasına yaraşmayan ifadə işlədərək, dövlət tərəfindən verilən fəxri adı ələ saldı. Ramil Sərxana "sənə əməkdar artist yox, əməkdar aferist titulu vermək lazımdır" dedi. Sərxanı şouda aranı qatmaqda, söz aparıb-gətirməkdə günahlandıran reperin dediklərini heç bir iştirakçı təstiqləmədi. Bir sözlə, hər vəhclə Sərxanı şoudan çıxarmağa çalışan Ramil Nabran sonda səs toplamayaraq, şoudan özü getdi. 

Ramilin şoudan getməsi pərəstişkarları və Sərxana antipatiya duyanları sarsıtsa da bu gedişin səbəbkarı daha çox reperin öz səhfi, yuxarıda qeyd etdiyimiz kimi, düzgün taktika işlətməməsi, üstəlik, yalnış tərəfdən "qəhrəman" olmaq istəyi oldu. 

Azər NƏSİBOV