-
- 23-12-2018, 09:31
- 1 308
"Maşın Şou"da "Sureş"in yalnış qisası - VİDEO - FOTO
Dünən günlərdir gündəmi zəbt edən "Maşın Şou"nun "Hind kinosu" bölümünün daha bir buraxılışı bitdi.
Amma bitişi heç də ürəkaçan olmadı... Əslində bölümün adını "Hind kinosu" deyil, "Hind serialı" qoysaydılar, daha məntiqəuyğün olardı. Çünki kino tez bitir. Amma serial uzunmüddətli olur - elə günlərlə davam edən bu şou kimi...
Yeri gəlmişkən, şou "Hind kinosu" bölümü olduğu üçün bundan sonra "Maşın Şou"ya aid müəllif yazılarında Murad Dadaşov qarışıq, bütün iştirakçıları hind adları ilə təqdim ediləcək. Bu da bizdən bir qatqı olsun şou üçün.
Bəlli olduğu kimi, dünən "məbədə" - yəni tribunaya Sərxan Kərəmoğlu çıxmışdı. Kərəmoğlu şouda qalmaq üçün hind kinolarındakı kimi "məbəddə dua edib, yalvararaq" millətdən sms istədi. Məqsədi səs toplayaraq, şouda qalıb "Manu"nun (Mənsur Şərif) fədakarca qisasını almaq idi. Amma kimdən, niyə, burda sona qədər nə aparıcı, nə də personajlar, üstəlik, tamaşaçılar da məntiq tapa bilmirdilər. Görünür "Sureş" (Sərxan) dünən "Manu"ya qalib gələrək, onun fanatlarının qəzəbinə tuş gəldiyi üçün özünü şirin satmaq niyyətində idi. Bunun üçün isə əvvəlcə 2 gün əvvəl az qala əlbə-yaxaya çıxacağı "Ram"ı (Ramil Nabran) hədəf göstərdi. Buna da onu "Ram" gərəksiz çıxışı ilə məcbur etdi ilk başda... Seçiminə görə guya "Ram"ı seçərək, öz qisasını deyil, "Manu"nu altdan qızışdıranlardan biri olduğu üçün onun qisasını alacaqdı. Təhlükədə olduğunu görən "Ram" isə dəqiqələr ötdükcə "Sureş"ə qarşı etdiyi səhvi anlayıb, fürsət taparaq, ondan üzr istədi. Əslində "Sureş"in belə çılğın olmasına baxmayın, tez alovlanar, özündən çıxar, amma ürəyinin müəyyən dərəcədə təmizliyindən içində rəhm hissi də var. Amma o, adətən mərhəmətini adamı "çatladandan" sonra göstərər. Ki, dünən də belə etdi. "Məbəddəki dua və yalvarışları" qəbul olunan "Sureş" səs toplayaraq oyunda qaldı. Amma şouda oturan tamaşaçıların çoxunun onu alqışlamaması "Sureş"i qəzəbləndirdi. Tamaşaçılara bağırdı, minnət qoydu. Lakin nə etməli, filmlərdə mənfi qəhrəmanların tamaşaçı sevgisini, alqışını qazanmaq müşkül məsələdir...
Məqam çıxarılacaq hədəfin adının açıqlanmasına gələndə "Sureş" hər kəsi çox təəccübləndirdi, hətta "dərin hüzünə" qərq etdi. Əvvəlcə əlinə düşən fürsətdən istifadə edib, oxları "Ram" üzərində saxlayaraq, onu dəfələrlə qorxuya salıb-çıxartdı. "Ram" isə uduzduğunu gözə alaraq, təmkinini itirməməyə çalışır, zorla çöhrəsinə təbəssüm naxışları toxuyurdu. Amma adama elə gəlirdi ki, həyəcandan dırnaqlarını yeyir. Bu məqamda, artıq hər kəs əmin idi ki, şounun növbəti məğlubu "Ram" olacaq. Lakin fikirlər alt-üst oldu. "Sureş" oxun ucunu 180 dərəcə dəyişdi. O, elə bir personajın adını çəkdi ki, bunu həmin axşam kimsə gözləmirdi. "Sureş" heç kimin gözləmədiyi adı - "Toril"in (Taleh Yüzbəyov) adını çəkdi. "Sureş"in bu seçimi personajlar arasında böyük şok yaşatdı. Hətta "Rancit" (Ranar Musayev) nəmli gözlərlə "Toril"i qucaqlayıb, yalvarışlı baxışlarla "Sureş"ə baxaraq, sanki "qıyma Torilə" deyirdi. Bu nə idi ki? "Sureş"in seçimi hər kəsdən çox "Samrat"ı (Samir Cavadzadə) özündən çıxartdı. "Samrat" israrla özünün çıxarılmasını tələb etməyə başladı. Amma amansız "Sureş" ssenariyə uyğun artıq qərarını vermişdi. Tamaşaçıların narazılığına, iştirakçıların hiddət və yalvarışlarına, hətta "Murali"nin (Murad Dadaşov) bir-neçə dəfə fikir dəyişmək şansı verməsinə baxmayaraq, o, şouda ona qarşı çıxan "çoxbaşlı əjdahanın" ən zəif od püskürən başını "kəsərək" oyundan kənarlaşdırdı. Onun bu "xayinliyinə" dözə bilməyən "Sapna" (Səmra Rəhimli), hətta rəfiqəsi "Neha" (Nazilə Səfərli) "Toril"in ardınca acı-acı ürəkparçalayan gözyaşı tökdülər..!
"Sureş"in bu addımı həqiqətən də təəssüfedici və məntiqsiz idi. Çünki "Toril" onun üçün daha zəif rəqib idi, nəinki əvvəldən hədəf göstərdiyi "Ram". Həm də "Toril"in finala qalıb, maşını qazanması şounun düzgünlüyünə artıq şübhə edən tamaşaçılarda fikir dəyişikliyi yarada bilərdi. Amma olmadı!
Bir sözlə, şouya qatıldığı gündən daha çox antipatiya qazanan Sərxan Kərəmoğlu belə bir səhv addım atmaqla bir daha özünə topladığı tamaşaçı qəzəbinin dozasını daha da artırmış oldu.
Tamaşaçılar isə yenə də sosial şəbəkələrdə "Hind kinosu"nun məhz M. Dadaşovun ssenarisi əsasında irəlilədiyini təkrar-təkrar yazaraq, sərt şəkildə tənqid etməyə davam etdilər. Onların fikrincə Kərəmoğlunun hədəfi dəyişərək Yüzbəyovu oyundan kənarlaşdırması məhz Dadaşovun göstərişi ilə oldu. Nədən ki, T. Yüzbəyov şouda ən çox maşına ehtiyacı olan iştirakçı olsa da, maraqsız, sönük, cansıxıcı olduğu üçün şouda qalması rəngqatma baxımından uğursuz idi.
Beləcə hind kinoları kimi o qədər də rəngarəng, həyəcanlı olmayan "Maşın Şou"nun daha bir cansıxıcı seriyasının qısa analizini təqdim etmiş olduq.
Bu gün şouda personajlar "Neha" (Nazilə Səfərli), "Dipali" (Dilarə Kazımova), "Sapna" (Səmra Rəhimli), "Kamili" (Xəyalə Quliyeva), "Rancit" (Ranar Musayev), "Samrat" (Samir Cavadzadə), "Xariş" (Xose Bernardo), "Ram" (Ramil Nabran) və "Sureş" (Sərxan Kərəmoğlu) mübarizə aparacaqlar.
Azər NƏSİBOV