-
- 22-12-2018, 11:30
- 1 490
Sərxanla Ramil arasında hindistansayağı "dava" və oyuna gələn qurban Mənsur Şərif... VİDEO
"Maşın" şouda iştirakçılar azaldıqca gərginlik artır.
Daha bir gərginlik şounun dünənki canlı yayımında aktyor-aparıcı Sərxan Kərəmoğlu və reper Ramil Nabranın arasında yaşandı.
Təklənən Sərxan Kərəmoğlu canlı yayım boyunca ona qarşı çıxan iştirakçılar - dünənin qubanı Mənsur Şərif və onu qurban verənlər - Taleh Yüzbəyov, Xose Bernardo, Ramil Nabran, Səmra Rəhimli və Samir Cavadzadə ilə mübahisə edərkən ən kəskini Ramillə baş verdi. Hətta vəziyyət o dərəcə gərginləşdi ki, texniki heyət mikrafonları bağlamaq məcburiyyətində qaldılar ki, ikisinin arasında baş verən söz davasında işlənən qeyri-adekvat kəlimələr TV-dən seyr edənlər tərəfindən duyulmasın. Ancaq səssiz görüntülərdən hiss olunurdu ki, əsəblərinə hakim ola bilməyən reper əlacında olsaydı, az qala rəqibi Kərəmoğlunu vura bilərdi - ta ki, araya "bu dəfəki kimi maraqlı şou görməmişəm" deyən Murad Dadaşov girməsəydi, Xose Bernardo da cəld tərpənib, Ramili özünə sarı çəkməsəydi. Hətta aranın sərt gərginləşdiyini görən avtomobilin önündə qərarlaşan viner Taleh Yüzbəyov ildırım sürətilə arxaya keçib, reperi sakitləşdirməyə çalışdı. Olayın daha da gərginləşdiyini görən M. Dadaşov izləyicilərə bu şəkildə şou təqdim etməyin lazım olmadığını anlayaraq, aranı sakitləşdirmək üçün proqramdan reklamlara keçid almaq qərarına gəldi.
Reklamlardan qayıtdıqdan sonra şouda ab-hava qismən dəyişmiş şəkildə idi. Hətta şounun ən parlaq iştirakçısı Nazilə Səfərli maşın ətrafında yerini dəyişərək, Sərxanla Ramilin arasında qərarlaşmış, növbə ilə "qəhrəmanlara" tövsiyyə verdiyi görünürdü. Bir sözlə, dünən şouda hər şey əsl "Hind kinosu" kimi idi...
Bunlar bir yana - "Maşın" şoudur bu, hər şey gözləmək olar. Orda daha nələr yaşanmadı ki,... Amma ən təəssüfedici məqam Mənsurun qurban olaraq ortaya atılıb, səs azlığı ilə şounu tərk etməsi idi. Əlbəttə, viner instagram hesabında onu izləyən yüzlərcə izləyicilərinə güvənərək, oyuna düşüb, səsverməyə çıxmağa razı olmuşdu. Amma unutduğu ya da düşünmədiyi məqam vardı: İnstagarm göstərici deyil. Nədən ki, ordakı izləyici sayının müəyyən hissəsinin fake hesab olduğunu indi demək olar ki, hər kəs bilir. Üstəlik, bunu paylaşılan hər video və şəkilə gələn baxış və bəyənilmə sayından da görmək mümkündür. Mənsur isə bunları düşünmədən özünü sadəcə qurban verdi - həm də, səsverməyə çıxsa, tamaşaçılardan "qalsın" üçün əsla səs toplamayacağına əmin olub, katalizatorluq edərək, polemika yaradan Samir Cavadzadənin, Sərxana antipatiya duyub, Allahverdi Yolçuyevi "paketləyən" Xose Bernardonun, özünə əmin olmayıb, şou boyunca fikirlərini düzgün ifadə edə bilməyən Taleh Yüzbəyovun, uzun əziyyətlərdən sonra, ulduzunu parlada bilib, xalqın simpatiyasını qazanan, şouda isə arada təəssüf hissi yaradan Ramil Nabranın və qismən də şouda aralarında gözdən qaçmayan müəmmalı səmimilik yaranmış Səmra Rəhimlinin oyunlarına gələrək...
Bu arada, Mənsura gələn səslərin azlığı ona pərəstiş edən izləyiciləri özlərindən çıxarıb. Onlar sosial şəbəkədə Murad Dadaşovun səslərlə "oynadığını" iddia edərək, saxtakarlığa yol verildiyini açıqca yazıblar! Bu iddialara isə yəqin Murad Dadaşov açıqlama verəcək...
Azər NƏSİBOV