“Qarabağ” Bakıda heç-heçə etdi - FOTOLAR
    • 3-08-2022, 21:15
    • 452

“Qarabağ” Bakıda heç-heçə etdi - FOTOLAR

"Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində ilk oyununa çıxıb.

News24.az xəbər verir ki, “köhlən atlar” Macarıstanın “Ferentsvaroş” komandası ilə qarşılaşır. 

Rusiyalı mütəxəssis Stanislav Çerçesovun baş məşqçisi olduğu komanda ilə görüşdə “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunun dolu tribunaları önündə mübarizə aparır. 

Qurban Qurbanovun yetirmələri ikinci hissəyə bərabərliklə yollanıb.

Qarabağ – Ferentsvaroş (Macarıstan) 1:1 (1-ci hissə)
Qollar: K.Ovusu, 34 – F.Boli, 17.

***
Görüş 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, komandalar arasında avqustun 9-da Budapeştdə keçiriləcək cavab qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Photo: Teymur MAMMADOV