Özbəkistan və Tacikistan Əfqanıstanla sərhəddə genişmiqyaslı hərbi təlimlərə başlayıblar
    • 5-08-2022, 11:11
    • 231

Özbəkistan və Tacikistan Əfqanıstanla sərhəddə genişmiqyaslı hərbi təlimlərə başlayıblar

Özbəkistanın Əfqanıstanla sərhədində yerləşən Termez şəhərindəki hərbi poliqonda Özbəkistan və Tacikistan hərbçilərinin birgə hərbi təlimləri başlayıb.

News24.az xəbər verir ki, bu barədə Özbəkistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, təlimlərdə hər iki respublikanın hərbi qulluqçuları yaxın döyüşlərin aparılması, yaralıların təxliyəsi və düşmənin hücumunun dəf edilməsi texnikasını məşq edəcəklər.