Özbəkistan Əfqanıstanın hərbi təyyarəsini vurdu
    • 16-08-2021, 17:02
    • 376

Özbəkistan Əfqanıstanın hərbi təyyarəsini vurdu

Özbəkistan hava sərhədlərini pozan Əfqanıstan təyyarəsi vurulub.

News24.az RİA-ya istinadən xəbər verir ki, bu barədə Özbəkistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Surxandərya vilayətinin Şerabad rayonu ərazisində Əfqanıstana məxsus hərbi təyyarənin Özbəkistanın hava sərhədlərini pozduğu zaman Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulub.