TƏBİB zəhərlənən tibb işçiləri ilə bağlı MƏLUMAT YAYDI - YENİLƏNİB
    • 9-08-2022, 15:22
    • 308

TƏBİB zəhərlənən tibb işçiləri ilə bağlı MƏLUMAT YAYDI - YENİLƏNİB

"Bu gün Ağdam Rayon Mərkəzi Xəstəxanasının 12 əməkdaşı zəhərlənmə diaqnozu ilə xəstəxananın Qəbul şöbəsinə yerləşdirilib". 

Bu barədə News24.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. 

Bildirilib ki, onların hər birinin vəziyyəti stabil olaraq qiymətləndirilir: "Hazırda müalicələri davam etdirilir, onların vəziyyəti TƏBİB rəhbərliyinin nəzarətindədir. Zəhərlənmənin səbəbi araşdırılır".

***

14:57


Ağdam Rayon Mərkəzi Xəstəxanasında aparılan dezinfeksiya işləri ilə bağlı 12 tibb işçisi yüngül dərəcədə zəhərlənib.

Bu barədə News24.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda rayon prokurorluğunda araşdırma aparılır.

***

13:50


Ağdamda Mərkəzi Xəstəxanasının tibb işçiləri arasında kütləvi zəhərlənmə qeydə alınıb.

News24.az "Trend"-ə istinadən xəbər verir ki, kütləvi zəhərlənməyə səbəb xəstəxananın 3-cü mərtəbəsində dezinfeksiya işlərinin aparılması olub.