"İstəyi balına uyğun deyilsə, ya növbəti ilə hazırlaşmalı, ya da başqa ixtisası seçməlidir"
    • 16-08-2022, 11:54
    • 337

"İstəyi balına uyğun deyilsə, ya növbəti ilə hazırlaşmalı, ya da başqa ixtisası seçməlidir"

"Hər bir abituriyentin ixtiyarı var ki, ən az iki qrupun müsabiqəsində iştirak etsin. Kifayət qədər abituriyent var ki, 2 və 4-cü qruplara sənəd veriblər".

News24.az-ın məlumatına görə, bunu ali təhsil müəssisələrinə ixtisas seçiminin başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, yaxşısı odur ki, abituriyent istədiyi ixtisasların siyahısını özü hazırlasın və istəyinə, şərtlərə uyğun özü ixtisar etsin: "Hər bi abituriyentin öz balı var. Abituriyent birinci və sonuncu yüzlüyə aid olduğunu özü tapmalıdır. Abituriyentin istəyi balına uyğun deyilsə, ya növbəti ilə hazırlaşmalıdır, ya da başqa ixtisası seçməlidir. Məsələn, II ixtisas qrupu üzrə kifayət qədər yer var".