Dəhşətli qəza törədən “Azpetrol” sürücüsü: “Sükanı avtopilota qoyub yatdım” - FOTO
    • 17-08-2022, 12:55
    • 7 576

Dəhşətli qəza törədən “Azpetrol” sürücüsü: “Sükanı avtopilota qoyub yatdım” - FOTO

Martın 21-də Bakıda ağır yol qəzası törədən “Azpetrol LTD” MMC-nin sürücüsünün məhkəməsinin başa çatması barədə xəbər vermişdik.

News24.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə sərxoş halda qəza törədərək 2 nəfərin ölümündə təqsirləndirilən Səbuhi Şəfiyevin ifadəsi məum olub.

1981-ci il təvəllüdlü, 2 azyaşlı uşağı olan, Ağdamın Pərioğulları kənd sakini S.Şəfiyev hadisə baş verərkən ağırtonnajlı yük maşınını avtopilota qoyun yuxuya getdiyini etiraf edib:

“21 mart 2022-ci il tarixdə saat 10:20 radələrində sürücü işlədiyim şirkətə məxsus «MAN» markalı yük avtomobili ilə Qaradağ rayonundan Bakı şəhərinə gələrkən, Bakı-Kənar Dairəvi yolunun 12-ci km-də sol zolaqda avtomobili avtopilota qoyub 67 km/saat sürətlə hərəkətdə olub. Bu zaman bir anda sükan arxasında yuxulamışa. Bir də onu gördüm ki, məni dərədən çıxarırlar. Orada bildim ki, idarə etdiyim avtomobillə əks yola çıxıb qarşıdan əks istiqamətdə öz yolu ilə hərəkət edən avtomobillərlə toqquşmuşam və idarə etdiyim avtomobil çökəkliyə aşım. O, hadisə baş verən gün saat 10 radələrinldə Sanqaçaldan 1700 ton premium benzin doldurub Bakı səhərinə aparırdım. 20 mart 2022-ci il tarixdə gecə saat 23 radələrində evdə 500 qram araq içmişdim. Hadisə vaxtı yorğun olmuşam, ani anda özümdən asılı olmayaraq yuxulamışam”.

S.Şəfiyev əlavə edib ki, vəfat edən şəxslərin ailələri ilə barışıb: “Hazırda zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışmışam, ailələrinə və yaxın qohumlarına maddi köməklik göstərmişik, əməlimdən çox peşmanam”.

Məhkəmənin hökmü ilə 42 yaşlı sürücüyə 7 il müddətə azadlıqdan məhrumetmə cəzası verilib.

Qeyd edək ki, hadisə Novruz bayramı günü günorta saatlarında baş verib. Belə ki, S.Şəfiyevin idarə etdiyi “Azpetrol”a məxsus “MAN” markalı 99-JA-796 dövlət qeydiyyat nişanlı yanacaqdaşıyan yük avtomobili Qaradağ rayonu Lökbatan qəsəbəsi yaxınlığında hərəkətdə olarkən yoldan çıxaraq qarşı zolağa keçib. Bu zaman yük avtomobili “Mercedes” markalı 50-EK-610 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşub. Nəticədə “Mercedes”in sürücüsü, 1987-ci il təvvəllüdlü Almazov Musa Həsənxan oğlu və sərnişini, 1996-cı il təvəllüdlü Əsgərli Mehdi Şükür oğlu hadisə yerində ölüb. Yanacaqdolduran maşın isə yolun kənarına aşıb.