Dünyanın ən təhlükəli telefonları – SİYAHI
    • 17-08-2022, 19:30
    • 387

Dünyanın ən təhlükəli telefonları – SİYAHI

Dünyanın ən təhlükəli telefonlarının siyahısı bəlli olub.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin telefonlar yüksək radiasiyaya malik olduğundan təhlükəli hesab olunur. 

Telefonlarda radiasiyanın miqdarını bilmək üçün “SAR”-ın dəyərinə baxmaq lazımdır. “SAR” W/Kq ilə ölçülür. “SAR”-ın miqdarı nə qədər çox olarsa, telefon bir o qədər təhlükə saçır. 

Ən təhlükəli telefonların siyahısını təqdim edirik:

1.    Motorola Edge – 1,79 W/Kq
2.    ZTE Axon 11 5G – 1,59 W/Kq
3.    OnePlus 6T – 1,55 W/Kq
4.    Sony Xperia XA2 Plus – 1,41 W/Kq
5.    Google Pixel 3 XL – 1,39 W/Kq
6.    Google Pixel 4a – 1,37 W/Kq
7.    OPPO Reno5 5G – 1, 37 W/Kq
8.    Sony Xperia XZ1 Compact – 1,36 W/Kq
9.    Google Pixel 3 – 1,33 W/Kq
10.    OnePlus 6 – 1,33 W/Kq

Yüksək radiasiya insan bədəninə olduqca zərərlidir. Radiasiyanın təsiri görmədə zəiflik, ürəyin, beyinin faliyyətində problemlər, yaddaşsızlıq, stress, yorğunluq, eşitmə, diqqət dağınıqlığı, baş ağrıları, immunitetin zəifləməsi və s. fəsadlara yol açır.

Vüsalə Babaşova