Bakıda şok olay: Məmurun arvadı toya getdi, sevgilisini evə gətirdi, qan töküldü
    • 19-08-2022, 13:09
    • 35 998

Bakıda şok olay: Məmurun arvadı toya getdi, sevgilisini evə gətirdi, qan töküldü

Bakıda sevgilisini küçədə bıçaqlayan şəxs məhkəmə qarşısına çıxarılıb.

News24.az -ın məlumatına görə, hadisə bu il yanvarın 5-də Nizami rayonu Keşlə qəsəbəsi N.Abdullayev küçəsində yerləşən “Ləman” kafesinin qarşısında baş verib.

Həmin gün “Azərsu” ASC-nin Nəsimi rayon Su-Kanal idarəsində çalışan 1962-ci il təvəllüdlü Sabir Mənsimov (ad və soyadlar şərtidir) ailə üzvlərinin Gürcüstanda toyda olmasından istifadə edərək gizli sevgi münasibəti yaşadığı Pəri adlı qadını yaşadığı evinə dəvət edib. Evdə Pərinin Sabirin aldığı telefonu satdığına görə aralarında mübahisə yaranıb. Pərinin telefonda kiminləsə danışması münaqişəni daha da qızışdırıb. Bundan sonra qadın gecə saatlarında evi tərk edib. Bir qədər sonra Sabir evdə öz telefonunu tapa bilməyib. O, telefonunun sevgilisi tərəfindən götürüldüyünü düşünərək küçəyə çıxıb və onu axtarmağa başlayıb. 

Gecə saat 02 radələrində “Ləman” kafesinin qarşısında Pərini görən Sabir ona yaxınlaşaraq telefonu tələb edib və mübahisəyə başlayıb. Bu zaman maşınla yoldan keçən Mahir adlı şəxs onları görüb müdaxilə etməyə çalışıb. O, Pərini maşına mindirərək aparmağa cəhd göstərib. Bunu görən Sabir evdən götürdüyü bıçağı cibindən çıxarıb. Sürücü qorxaraq kənara çəkilib və Sabir meyvə bıçağı ilə Pərinin sifətinə və əllərinə xəsarətlər yetirib.

Qadının qan içində olduğunu görən şəxs daha sonra hərəkətlərini dayandırıb və onları ayırmağa çalışan sürücüdən qadını xəstəxanaya aparmasını xahiş edib.

Xəstəxanadan polisə verilən məlumat əsasında “Azərsu” əməkdaşı barəsində Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221-ci (xuliqanlıq) maddələri ilə cinayət işi açılıb. Nizami rayon məhkəməsində cinayət işinə baxılıb.

Xəsarət yetirilən qadın qeyri-rəsmi münasibətdə olduğu şəxsdən şikayətçi olmadığını bildirib.

Məhkəmə S.Mənsimova 1 il yarım şərti cəza verib və o, azadlıqda qalıb.