Qaradağda yarımstansiya ərazisində yanğın oldu
    • 20-08-2022, 10:05
    • 214

Qaradağda yarımstansiya ərazisində yanğın oldu

Bakı şəhərinin Qaradağ rayonunda yarımstansiyanın ərazisində transformatorun yağı və sarğıları yanıb.

FHN-dən News24.az-a verilən məlumata görə, yarımstansiyanın ərazisindəki digər 2 ədəd transformator və yaxınlıqdakı tikili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.